XƏBƏRLƏR

08.02.2019 14:30
“Məktəblərə göndərilən təlimatın buraxılış imtahanları ilə heç bir əlaqəsi yoxdur” - RƏSMİ

Ümumi təhsil məktəblərinə Rayon Təhsil Şöbələri tərəfindən göndərilən təlimatın buraxılış imtahanları ilə heç bir əlaqəsi yoxdur.

Bu barədə AzEdu.az-a Təhsil Nazirliyindən məlumat verilib.

Məlumatda qeyd olunub ki, yerlərdə araşdırma Tarix fənni tədrisinin keyfiyyət səviyyəsini öyrənmək və müvafiq təkliflər hazırlamaq məqsədi ilə aparılır. Bunun buraxılış imtahanı ilə heç bir əlaqəsi yoxdur.

Qeyd edək ki, 07.02.2019-cu il tarixində ümumi təhsil məktəblərinə Rayon Təhsil Şöbələri son 5 ildə ali məktəblərə Tarix fənni üzrə şagirdlərin düzgün yazdığı cavablar, Tarix ixtisasına qəbul olunanlar,  Azərbaycan tarixi fənninin keyfiyyət faizinin təqdim olunması barədə təlimat göndərib. Müəllimlər, sosial şəbəkələrdə bu təlimatın, növbəti tədris ilindən etibarən buraxılış imtahanlarına Azərbaycan tarixi fənninin də əlavə edilməsi ilə bağlı olduğunu vurğulayırdılar.

İlin gənc müəllimi-Müraciət formu