Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-02-06 17:23:00
Dövlət qulluğu üçün müsahibəyə sənəd qəbulu davam edir

Dövlət İmtahan Mərkəzi tərəfindən 3 dövlət orqanında inzibati vəzifələrin 4-7-ci təsnifatına uyğun vəzifələrin A və B növü üzrə fevralın 5-də elan olunmuş ümumi müsahibəyə sənəd qəbulu davam edir.

DİM-dən AzEdu.az-a bildirilib ki, fevralın 6-na olan məlumata görə, ümumi müsahibəyə çıxarılan vəzifələri tutmaq üçün 6 nəfər ərizə verib.

Xatırladaq ki, ümumilikdə Hesablama Palatasında 5, Qida Təhlükəsizliyi Agentliyində 5, Gəncə Apellyasiya Məhkəməsində 1 vəzifə olmaqla 11 vakant vəzifə ümumi müsahibə elanına çıxarılıb. Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi müsahibə üzrə sənəd qəbulu yalnız elektron qaydada həyata keçirilir. Namizədlər martın 7-si saat 18:00-dək mərkəzin internet portalına məlumatları daxil edərək qeydiyyatdan keçməlidirlər.