Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-02-06 14:24:28
"Təhsilin keyfiyyətini artırmaq üçün qanun dəyişməlidir" - İqbal Ağazadə

"Təhsilin keyfiyyətini  artırmaq üçün qanun dəyişməlidir" 

Bunu AzEdu.az-a açıqlamasında  Ümid Partiyasının sədri İaqbal Ağazadə deyib. O,  universitetlərdə təhsilin yüksəldilməsi üçün qanunun dəyişdirilməsinin vacib olduğunu vurğulayır: 

“Əvvəl təhsilin səviyyəsini və keyfiyyətini artıra bilən düzgün təhsil qanunu qəbul olunmalıdır. Daha sonra nazir və rektor təhsilin keyfiyyətinin artırılmasını təmin etməlidir.

Azərbaycanda müəkəmməl  təhsil qanunu yoxdur. Mövcud təhsil qanunu sovet təhsili və balonya təhsil sisteminin sintezindən  ibarətdir ki, heç biri ilə  dolğun təhsil konsepsiyası götürmək mümkün  deyil.

Mən hesab edirəm ki, təhsilin keyfiyyətini xırda məsələlərlə qaldırmaq mümkün deyil təhsilin keyfiyyətini qaldırmaq üçün qanun dəyişməlidir.  Əks halda görülən işlər heç nəyi dəyişə bilməz yalnız xırda dəyişiklər ola bilər.

Xırda dəyişiklərə nümunə olaraq, müəllim rektor tələbə münasibətləri səmimi münasibətlər sisteminə keçə bilər. Bunu üçün kifayət qədər addımlar atmaq mümkündür. Birincisi insan kimi davranmaq olar. Vəzifəyə qoyulan şəxs anlmalıdır ki, o həmin vəzifəyə xidmət etmək üçün qoyulmuşdur.Amma insanlarda belə bir xüsusiyyət var ki şəxs vəzifəyə qoyulubsa deməli hamı ona xidmət etməlidir. Əvvəl bu yanaşmanı dəyişmək lazımdır. Mən hesab edirəm ki, təhsilin keyfiyyətini xırda məsələlərlə qaldırmaq mümkün deyil təhsilin keyfiyyətini qaldırmaq üçün qanun dəyişməlidir”.

Rəna Nəbi