Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-02-05 13:37:00
Direktor adını qazananlara hansı yerlər təklif olunacaq? – Tələblər  

“Müsahibə mərhələsi son dərəcə obyektiv aparılıb. Müsahibə komissiyasının üzvləri nazirliyin əmri ilə təsdiq edilən şəxslərdir. Kənardan qiymətləndirmə olmayıb. Nazir müavini, aparat rəhbəri və müvafiq şöbələrin müdirləri iştirak ediblər”.

AzEdu.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin İnsan Resursları şöbəsinin müdiri Eşqi Bağırov mediaya açıqlamasında bildirib. O qeyd edib ki, hazırda 700-ə yaxın vakant yer var:

“Bakı şəhəri üzrə isə yalnız 11 vakant yer elan edilmişdi. Onların təxmini 60-70%-nə təyinat olacaq. Digər vakant yerlər demək olar ki, regionları əhatə edir.

Namizəd artıq elektron ərizəsində seçimlərini edib. Sadəcə, ona müsahibədə göstərdiyi biliyə uyğun yer təklif olunacaq.

Tutaq ki, namizədə 4 seçim imkanı verilib. O isə ancaq şəhərin mərkəzindəki məktəbləri seçib. Amma komissiya belə hesab edir ki, bu namizədi ən yaxşı halda 500 qədər kontingenti olan məktəbə təyin etmək olar. Bu zaman ona özünün seçdiyi vakant yerlər deyil, digər yerlər təklif oluna bilər.

Şagird sayı artdıqca, direktora qoyulan tələblər də sərtləşdirilir. Çünki sinif komplekti artırsa, idarəetmədə çətinlik yaranır və daha peşəkar şəxs seçilməlidir. Direktorların xarakteristikasını isə hələ təhlil etməmişik”.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları