Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-02-04 14:02:00
Moskva Dövlət Universitetinin Bakı filialı bazar günü məktəblərində dərsləri bərpa edib

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı filialı riyaziyyat, kimya və fizika fənləri üzrə bazar günü məktəblərində dərslərin bərpa olunduğunu elan edib.

AzEdu.az xəbər verir ki, bazar günü məktəblərində məşğələlər fevralın 10-da kimya üzrə saat 09:30, riyaziyyat üzrə 11:30, fizika üzrə 14:00-da başlanacaq.

Məşğələlər Hüseyn Cavid prospekti, 133 ünvanında keçiriləcək. Məşğələlər pulsuzdur. Bazar günü məktəbinə yazılmaq üçün əlaqə nömrəsi: +99412 598 93 32. 

Rus dili və ədəbiyyatı, biologiya fənləri üzrə bazar günü məktəblərində dərslərin başlanma tarixi barədə əlavə məlumat veriləcək.

Qeyd edək ki, bazar günü məktəblərində dərslər dekabr ayında dayandırılmışdı.