Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-04-03 11:18:42
“Sınaq imtahanı qəbul imtahanın modelinə tam uyğundur”- DİM-dən cavab

“Biz Dövlət İmtahan Mərkəzi olaraq həmişə qeyd edirik ki, sınaq imtahanı qəbul imtahanın modelinə  tam uyğundur”.

Bu sözləri AzEdu.az-a Dövlət İmtahan Mərkəzinin (DİM) mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə sınaq imtahanlarıyla bağlı itiihamlara cavab verərkən deyib.

Onun sölərinə görə, sınaq imtahanlarının qəbul modelində olmamasıyla bağlı deyilənlər cəfəngiyyatdır: “Birmənalı şəkildə istər təşkilatı, istər elmi-metodiki baxımdan sınaq imtahanı ilə qəbul imtahanının məzmunu tamamilə eynidir”.

Qeyd edək ki, təhsil eksperti Kamran Əsədov bu imtahanlarda təqdim test tapşırıqlarının qəbul modelinə uyğun olmadığını iddia edib:

“Test tapşırıqları əvvəllər istifadə olunmuş, DİM-in test bankından və ya sinif testlərindən olduğu kimi götürülmüş test tapşırıqlarıdır ki, u da abituriyentlərə öz biliklərini yoxlamağa imkan vermir. Bundan əlavə, əsas problemlərdən biri də təqdim olunan test tapşırıqlarının qəbul modelində olmamasıdır”.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları