Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-02-03 09:33:00
Valideynlər üçün faydalı - Uşaqlarla rahat oynaya biləcəyiniz oyun

Oyunlar uşaqların psixoloji inkişafında əsaslı yer tutur.

Onlar oyun vasitəsilə bir-birləri ilə ünsiyyətə girir, yeni dostlar qazanırlar. Həmçinin, başqalarına hörmət etmək, səbirli davranmaq, liderlik və s. bu kimi xüsusiyyətləri də əldə edirlər. Oyun fiziki, sosial, psixoloji və emosional tərəfdən uşağa təsir edir və inkişaf etməsində böyük rol oynayır.

Eyni zamanda, oyunun köməyi ilə uşaqlarda diqqət, qavrayış, hafizə, təfəkkür və təxəyyülün inkişafı üçün əlverişli şərait yaranır. Bəzi oyunlar isə sırf uşaqların zehni inkişafını təmin edir.

AzEdu.az belə oyunlardan bir neçəsini nəzərinizə çatdırır:

Səsli hərf dəyişdirmə oyunu

Uyğun yaş dövrü: 8 yaş və daha yuxarı.

İştirakçı sayı: 2 nəfər

Oynamaq üçün lazım olan vəsaitlər: heç bir vəsait lazım deyil.

Oyun necə oynanılır?

Bu oyun zamanı gündəlik məişətdə istifadə etdiyimiz sözlərdəki səslər başqa bir səslə əvəz edilməlidir. Oyun iştirakçıları təqdim edilən hər-hansı bir sözün bütün saitlərini eyni saitlə ifadə etməlidir. Bu oyunda ilin ayları, meyvələr, heyvan adları və s. seçilə bilər.

Nümunə: Çərşəmbə sözündəki bütün saitləri “a”səsi ilə ifadə etmək. Yəni, çarşamba.

Nəticə: Sürətli və fərqli düşünmə qabiliyyətini artırır.