Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-02-02 11:11:00
Məktəb qorxusu nədir? - Şagirdlərə dərsi sevdirməyin yolları

Uşaqların müxtəlif bəhanələrlə məktəbə getmək istəməməsi, təhsil müəssisəsində sıxılması onlarda yaranan ilk qorxu ünsürlərindən biri hesab olunur. Bu psixologiyada “məktəb qorxusu” adlandırılır.

AzEdu.az xarici KİV-lərə istinadən xəbər verir ki, övladın valideyndən birdən-birə ayrılması uşaqda mədə bulantısı, qarın ağrısı və başgicəllənməyə səbəb ola bilər. Bu şikayətlər adətən, həftənin bazar günü və bazar ertəsi müşahidə olunur. Qorxu aşkar edilməsə, uşaq gələcəkdə depressiyaya meyilli fərd kimi formalaşacaq.

Valideynlərin övladlarına həddindən artıq bağlı olmaları uşaqda məktəb qorxusunun yaranmasının əsas səbəblərindən biridir. Eyni zamanda müəllim təzyiqi, sinif mühitinin şagirdə uyğun olmaması da qorxunun meydana gəlməsinə yol aça bilər. 

Ata və ana məktəbə getmək istəməyən övladlarına qarşı diqqətli olmalı və şiddətdən qaçmalıdırlar. Şagirdə məktəbin faydaları barədə geniş məlumatlar verilməlidir.

Bəs şagirdin məktəbdən qaçmasının qarşını necə almaq olar?

Uzman psixoloq Aycan Bulut Konca valideynlərə bu mövzuda bir sıra məsləhətlər verir:

  1. Övladınızı məktəbə getməyə təşviq edin və dərsdən qaçma səbəblərini öyrənməyə çalışın.
  2. Sinif rəhbəriylə görüşərək tez-tez ünsiyyətdə olun.
  3. Uşaq sizə aqressiv davranırsa, sakitliyinizi qoruyun.
  4. Övladınızı ana və ata olaraq şəxsi problemlərinizdən uzaq tutun.

Əgər tövsiyələrə əməl edildikdə belə problem həll olmursa, mütləq şəkildə psixoloqa müraciət etmək lazımdır.

Unutmayın ki, şagirdə davamlı şəkildə “qorxma”desəniz, o daha çox qorxacaq.

Psixoloqun şagirdlərdə yaranan məktəb qorxusunu aradan qaldırmaq üçün bir neçə tövsiyəsini diqqətə çatdırırıq:

Övladınızı hər səhər qucaqlayaraq oyandırın;

Geyinməsinə, çantasını toplamasına və dişlərini fırçalamasına kömək edin;

Övladınızla birlikdə səhər yeməyi yeyin;

Məktəbə onunla birlikdə gedin;

Çantasını sinifinə, oturduğu stulun üzərinə yerləşdirin;

Pəncərədən sizlə sağollaşmasını istəyin.

Qeyd edək ki, problem davam etdiyi təqdirdə psixoloqa müraciət etmək mütləqdir.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları