Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-02-01 11:30:00
Bakıda uşaq bağçasında yanğın - 5 nəfər təxliyə edildi

Bakı şəhərinin Xətai rayonunda uşaq bağçasının yerləşdiyi binanın girişində quraşdırılmış 1 ədəd elektrik lövhəsi yanıb.

Bu haqda AzEdu.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. 

Yanğın zamanı 5 nəfər yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Bina yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.