Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-01-31 12:22:18
“Tələbə tanıdır” - “Bizə restoran və kafelərdə, bir çox yerlərdə endirimlər edirlər” – Rubrika  

“Szeged Universitetinin yerləşdiyi   yer  tələbə şəhərciyidir. Çünki, burada hər küçədə tələbələrə rast gəlmək mümkündür”. 

Bunu AzEdu.az-a müsahibəsində  Macarıstanda  oxuyan gənc  soydaşımız  Sabit Namazov deyir.

Son  illər  gənclərin xaricdə təhsil almağa  marağı daha da artıb.

Onlar hansı ölkədə təhsil alacaqlarını, sevdikləri şəhər, büdcə və ya qəbul olduqları təqaüd  proqramına əsasən müəyyən edirlər.

Bu zaman universitet və ixtisas seçimi bir sıra suallar yaratdığından, gənclər qərarlarından tam əmin ola bilmirlər.

Bu kimi sualları cavablandırmaq üçün həmin ölkədə təhsil alan tələbələrin verdikləri məlumatlar  daha əsaslı olur. Bir  sözlə, universiteti başqası yox, onun öz tələbəsi daha yaxşı tanıdır.

“Tələbə tanıdır” rubrikasında bu dəfə Macarıstanın Szeged Universitetində təhsil alan Sabit Namazov universiteti haqqında zəruri bilgilərini bizimlə bölüşüb:

Sabit Namazov hazırda Szeged Universitetində Biznesin idarə edilməsi ixtisası üzrə bakalavr təhsili alır.

Öncə, Sabitin oxuduğu universitet haqqında ümumi məlumat:

Universitet Macarıstanın üçüncü ən böyük şəhəri sayılan Szegeddə yerləşir.  Müxtəlif reytinq cədvəllərinə əsasən Szeged Universiteti ölkənin ən yaxşı ali təhsil müəssisələrindən hesab edilir.  Szeged Universiteti həm də  Mərkəzi Avropanın  ən qabaqcıl ali təhsil ocaqlarından biridir. Ali təhsil müəssisəsinin əsası isə 1581-ci ildə qoyulub.

Szeged  Universiteti elm və texnologiya aləminə bir neçə dahi şəxslər bəxş edib. Onların arasında Nobel mükafatını qazanan, C vitaminini kəşf edən və fiziologiya üzrə bir neçə kəşflərə imza atan AlbertSzent-Georgi də vardır.

Yaxşısı budur, universitet haqqında Sabit özü bizə məlumat versin:

Szeged Universitetinin kitabxanasında dərs oxumaq  üçün mükəmməl şərait var”-deyən Sabit bu barədə bəh-bəhlə danışır:

“Szeged Universitetində müxtəlif fakültələr var. Burada fakültələr ayrı-ayrı korpusdadır. Universitetin yerləşdiyi Szeged  şəhəri bir növ tələbə şəhərciyidir. Çünki, burada hər küçədə tələbələrə rast gəlmək mümkündür. Szeged Universitetinin kitabxanası çox zəngin və böyükdür. Burada kitabxanalarda dərs oxumaq üçün mükəmməl şərait var.

“Stipendium Hungaricum” adlı təqaüd proqramı ilə burada təhsil almaq mümkündür. Təqaüd miqdarı  tələbələrə iki formada təklif olunur. Birinci formaya  130 avro, yataqxana, tibbi sığorta, ikinciyə isə  260 avro, tibbi sığorta daxildir. Tələbələr hər iki təkliflərdən birini seçərək təqaüd alır”. 

Sabit bildirib ki, Szeged Universitetində imtahan prosesi müəllimlərin təyin etdiyi formada olur:

SzegedUniversitetində müxtəlif ölkələrdən gələn tələbələr təhsil alır.  Burada ən çox  təhsil alan tələbələr isəAzərbaycan, Çin, Monqolustan,ərəb ölkələrindəngələnlərdir.Çünki, təqaüd əsasən inkişaf etməkdə olan ölkələr üçün nəzərdə tutulub. 

 Szeged Universitetində semestr üzrə qiymətləndirmə də müəllimin təyin etdiyi forma da olur. İmtahanlarda suallar bəzən test, bəzəndə yazılı  olur.

 Universitetin  yataqxana  şəraiti  qənaətbəxşdir. Amma burada yataqxana şəhərin mərkəzindən bir az uzaqda yerləşir.

Ölkənin hər yerində tələbələr üçün endirimlər olur. Məsələn: aylıq nəqliyyat kartı  tələbələrə 50%  endirimlə satılır. Macarıstanın bir çox restoran və kafelərində  də tələbələrə endirimlər edilir.

Szeged Universitetində tələbələrin qarşılaşdığı ümumi çətinlik yoxdur”.

Günel Yaşarqızı
Müəllifin digər yazıları