Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-01-28 12:27:35
Müəllimdən  IV qrup abituriyentlərinə bəd xəbər – “Biologiyanın yükü ağırlaşıb”  

“Biologiya üzrə yeni qəbul proqramına demək olar, bütün dərslik düşüb. Üstəgəl, kurikulum əsasında hazırlanan dərsliklərdəkiyeni bölmələr da əlavə olunub. Bir  sözlə,  uşaqların  yükü  bir  az  da  ağırlaşıb”.

Bu sözləri AzEdu.az-a açıqlaması zamanı Biologiya müəllimi Şəlalə Əkbərli deyib. Onun sözlərinə görə, proqram həcm və mövzu baxımdan ağırlaşıb:

“Biologiya üzrə yeni qəbul proqramına demək olar ki,  bütün  dərslik  düşüb. Üstəgəl, kurikulumdərsliklərindəkibölmələr də əlavə olunub. Məsələn, mikrobiologiya  və  epidemiologiya. Bir  sözlə,  uşaqların  yükü  bir  az  da  ağırlaşıb. Təkcə  təqdimat  xarakterli  mövzular  yoxdur. Dərsliklərlə hər hansı uyğunsuzluq müşahidə etmədim. Bütün mövzular yeni dərsliklərin tələblərinə uyğun gəlir”.

Xatırladaq ki, “Abituriyent” jurnalının 1-ci nömrəsi nəşr olunub. Jurnalın bu nömrəsində ali təhsil müəssisələrinə tələbə qəbulu qaydaları, I,II,III və IV ixtisas qruplarına daxil olan fənlər üzrə yeni təhsil proqramları (kurikulumlar) və yeni dərsliklər əsasında hazırlanmış qəbul imtahanı proqramları, ədəbiyyat siyahısı, fənlər üzrə tapşırıq nümunələri, balların hesablanma qaydası, xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul elanları və digər zəruri materiallar dərc olunub.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları