Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-01-27 12:46:00
Məktəbəqədər təhsil qrupları üçün 8 sehrli məsləhət

Child Development jurnalında yayımlanan bir araşdırma müəllimlərdə müşahidə edilən  8 önəmli davranışın, keyfiyyətsiz bağça qrupu ilə mükəmməl bağça qrupu arasında fərq yarada bildiyini göstərib.

Amerikanın Vanderbilt Univesitetindən bir qrup tədqiqatçı bu davranışların işə yaradığını sübut edəcək datanı toplamaq üçün 2 il araşdırma aparıblar. Baş tədqiqatçı Dale Farran, bu layihənin 2015-də xəyal qırıqlığı yaradan əvvəlki araşdırmanın nəticəsi olduğunu deyir.

Vanderbilt Universitetinin Peabody Araşdırma Mərkəzində müdir köməkçisi olan Farran “Keçən üç ildə “Bu vəziyyəti necə düzəldə bilərik?” sualını hər gün düşünürdüm. Yalnız “Biz bu nəticələri əldə etdik,” demək mənim üçün kifayət deyildi. Sadəcə “Bu nəticələri əldə etdik”mi deyərsiniz, yoxsa bunu düzəltmək üçün bir şeylər etməyəmi cəhd edərsiniz?” deyir.

Tədqiqatçılar Nashville-dəki üç fərqli məktəbəqədər təhsil mərkəzində direktorlar, müəllimlər, təlimçilər ilə bir araya gəldilər. 26 bağçadan müəllim davranışı və şagird uğuru üzərinə datalar topladılar. İştirakçı müəllimlərin hamısı məktəbəqədər təhsil mövzusunda savadlı və diplomlu idi, K-12 müəllimləri ilə eyni maaşı alırdılar. Hər sinifdə bir köməkçi vardı. Siniflərdə maksimum 20 şagird olurdu. Araşdırma 2014-dən 2016-a qədər iki il ərzində davam etdi və cəmi 840 şagird təhlil edildi.

Budur, Məktəbəqədər Təhsil Mərkəzi tərəfindən hazırlanan  “Sehrli 8” adlandırılan o siyahı:

  1. Keçid vaxtlarını azaldın. Bir oyundan digərinə keçərkən xərclənən zaman şagirdlərin bilmədiklərini öyrənmədiyi və neqativ davranışlar sərgilədiyi zamandır.
  2. Təhsil səviyyəsini inkişaf etdirin. Uşaqlara açıq, davamlı suallar soruşmaq onlardan öyrəndikləri üzərinə düşünməklərini, ya da bildikləri üzərinə təxminlər aparmaqlarını istəmək həm yaddaşlarını gücləndirər, həm də ibtidai sinfə daha yaxşı hazırlanmasına kömək edər.
  3. Pozitiv mühit yaradın. Müəyyən davranışlarını qınamaq əvəzinə, pozitiv bir dil istifadə etmək uşaqların özlərini idarəetmək bacarıqlarını tənzimləmək üçün müsbət təsirə malikdir.
  4. Müəllimlərin uşaqları dinlədiyi vaxtı artırın. Araşdırmalara görə, müəllimlər şagirdlərini dinləməyə daha çox vaxt ayırdığı zaman şagirdlər riyaziyyat mövzularını, hərfləri və kəlmələri daha yaxşı başa düşürlər. Bundan əlavə, daha çox fikir bildirən uşaqların daha güclü özünü idarəetmə bacarıqları və söz bazaları olur.
  5. Ardıcıl tədbirlər planlayın. Uşaqlar puzzle düzəltmək, ya da mesaj yazmaq kimi məntiqi ardıcıllıqla oyun fəaliyyətlərində olduqda dərin düşünməyə məcbur olurlar. Bu halda da problem həll etmək bacarıqları inkişaf etmiş olur.
  6. Uşaqları öz aralarında əməkdaşlığa təhrik edin. Yaşıdları ilə daima birlikdə olan uşaqlar sinifdaxili fəaliyyətlərə daha çox qatıldılar və daha yaxşı dil bacarıqlarına malik idilər.
  7. Uşaqların iştirakını təşviq edin. Uşaqlar bir tədbirə aktiv olaraq qatıldıqları zaman oxuduqlarını başa düşməkdə, kəlmə öyrənməkdə və riyazi məsələlərdə daha uğurlu olurlar.
  8. Riyazi anlayışlarını inkişaf etdirəcək fürsətlər yaradın. Çox çətin riyaziyyat məsələləri həll etməyə çalışan və riyazi anlayışları müzakirə edən uşaqlar ibtidai sinfə daha yaxşı hazırlanmış olurlar və daha uşaq yaşlarından riyaziyyatla bağlı uğurlar əldə etmək üçün kifayət qədər yetişmiş hala gəlirlər.

Farran bu 8 anlayışın tətbiqini inkişaf etdirməyə xeyli güc və məntiq sərf edir. Siyahı 3 məktəbəqədər təhsil mərkəzində daha müasir müəllimlər və təhsil sistemi üçün istifadə olunur.(bağçam.az)