Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-01-27 11:47:00
Valideynlərin tətil planları – “Lövhəyə riyazi misallar yazmışam” - SORĞU

Valideyn Sevinc Abbasovanın qızı 3-cü sinifdə təhsil alır. O, qeyd edir ki, tətil üçün qızı artıq öz planını qurub:

“Dərsə çox həvəsi yoxdu, hələ dərs vaxtı kitabları güclə oxutdururuq. Neçə həftədir ki, artıq tətili səbirsizliklə gözləyir. Tətildə özü üçün plan qurub: bibisigilə gedəcək, parka düşəcəy, gəlincikləri ilə oynayacaq. Amma evdə löhvə var, asmışıq. Ora arada misallar yazıram, o da marağı olanda həll edib cavablandırır. Çalışacam, tətildə də boş qalmasın. Amma deyim ki, heç tətildə uzun müddət deyil axı”.

Valideyn Sima Mahmudova deyir ki, tətildə uşağını Bakıya həkimə aparacaq:

“Cəlilabad rayonunda yaşayırıq, qızım 4-cü sinifdə oxuyur.  İldə iki dəfə Bakıya aparıb ümumi yoxlanışdan keçirirəm. Deyirlər, yayda müalicənin effekti olmur. Çalışacam, riyaziyyatdan iş dəftərini də özümüzlə götürüm ki, arada vaxt edən də məşğul olsun. Çünki riyaziyyatı uzun müddət oxumadıqda, sonra hamısını qarışdırır”.

Nihadın valideyni Könül Cəfərli isə tətildə oğlunun bədii kitab oxuyacağını qeyd edib. Onun sözlərinə görə, Nihad çox olmasa da, ildə heç olmazsa, 4-5 bədii kitab oxuyur:

“8-ci sinifdə təhsil alır. Adətən, gecələr yatmazdan əvvəl kitab oxuyur. Əvvəllər çox məcbur edirdim. İndi isə gecə gələn kimi artıq özü bilir ki, kitab oxumaq vaxtıdı. Hazırda səhv etməsəm, Mir Cəlal Paşayevdən oxuyurdu”.

Valideyn Yaqut Nəbiyeva tətildə uşaqlarının açıq havada daha çox gəzməsini üstün tutur:

“Qızım 5-ci sinifdə, oğlum 7-ci sinifdə oxuyur. Tətilə çıxan kimi rayona getmişik, nənəsigilə. Açığı dərslik götürməmişəm. İkisi də “5”lə oxuyur maşallah. Bir az istirahət etsinlər, təmiz havada gəzsinlər. Bakıda demək olar ki, açıq havada gəzməyə vaxt da olmur. Dərs başlayan kimi inşallah yenə də kitab oxuyacaqlar”.