Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-01-26 11:45:00
Doktoranturaya qəbul imtahanı başlanır

Yanvarın 31-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında xarici dil (alman və fransız dilləri) üzrə doktoranturaya qəbul imtahanı keçiriləcək.

AZEdu.az xəbər verir ki,  imtahanda iştirak edəcək iddiaçılar imtahana gələrkən seçdikləri ixtisas dili üzrə uyğun ədəbiyyat gətirməlidirlər.

İmtahan saat 10:00-da başlayacaq.

Əlaqə: Tel: (+994 12) 492-84-48, (+994 12) 539-30-60

Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 129 (Akademiya şəhərciyi). Mərkəzi Elmi Kitabxana, 2-ci mərtəbə, dissertasiya zalı.