Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-01-23 12:13:00
Deputatın rəhbərlik etdiyi kafedranın bağlanma səbəbi – Universitetdən açıqlama

UNEC-in Qiymət və qiymətləndirmə kafedrası oktyabr ayından ləğv olunub.

Bu barədə AzEdu.az-a Azərbaycan Dövlət İqtisad Universitetinin İctimaiyyətlə Əlaqələr şöbəsindən bildirilib.

Məlumatda qeyd olunur ki, sözügedən kafedra Elmi Şuranın qərarı ilə UNEC-də tədris sistemini daha səmərəli təşkil etmək məqsədilə ləğv edilərək, digər kafedra ilə birləşdirilib.

Qeyd edək ki, sözügedən kafedranın müdiri  Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, Azərbaycan Sosial Rifah Partiyasının sədri Xanhüseyn Kazımlı olub. 

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları