XƏBƏRLƏR

23.01.2019 09:34
Magistraturaya qəbul imtahanlarına qeydiyyat bu tarixlərdə olacaq –Qaydalar və ödəniş məbləği  

Dövlət İmtahan Mərkəzi tərəfindən ali təhsil müəssisələri və AMEA-nın magistraturalarına qəbul imtahanının birinci mərhələsinin qeydiyyat mərhələsi 2019-cu il 1 fevral tarixində başlayacaq.

Bu barədə AzEdu.az-a Dövlət İmtahan Mərkəzi Magistratura sektorunun müdiri Məhəbbət Əkbərli məlumat verib.

Məlumatda qeyd olunur ki, 2018-2019-cu tədris ilində ali təhsil müəssisələri və AMEA-nın magistraturalarına qəbul imtahanının birinci mərhələsi üzrə qeydiyyat prosedurası 1-11 fevral tarixlərini əhatə edəcək.

Qeyd edək ki, imtahanda iştirak etmək istəyən bakalavrlar DİM-in internet saytında Şəxsi kabinetlərini yaratmalıdırlar. Qəbul imtahanının birinci mərhələsində iştirak etmək üçün ödənişin məbləği 50 AZN-dir. Ödəniş üçün nəzərdə tutulan məbləği “Şəxsi kabinet”də olan hesaba daxil etmək üçün müxtəlif ödəniş üsullarından yararlanmaq olar (ətraflı məlumat DİM-in internet saytının payment.dim.gov.az səhifəsində verilib). 

İlin gənc müəllimi-Müraciət formu