Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-01-22 17:05:18
Magistratura səviyyəsi üzrə sınaq imtahanına bu tipli suallar salınacaq  - Asan və çətin detallar  

Dövlət İmtahan Mərkəzinin 3 fevral 2019-cu il tarixində keçirəcəyi qəbul imtahanının birinci mərhələsi üzrə sınaq imtahanda iştirak üçün, artıq 1000-dən çox bakalavr qeydiyyatdan keçib.

Bunu AzEdu.az-a açıqlaması zamanı Dövlət İmtahan Mərkəzi Magistratura sektorunun müdiri Məhəbbət Ələkbərli deyib.

“Dövlət İmtahan Mərkəzi tərəfindən 3 fevral 2019-cu il tarixində ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanının birinci mərhələsi üzrə sınaq imtahanı yanvarın 28-nə qədər davam edəcək. Son saatlara olan məlumata görə isə, artıq 1000 nəfərdən çox bakalavr imtahanda iştirak üçün qeydiyyatdan keçib”.

Qeyd edək ki, sınaq imtahanı qəbul imtahanı modeli əsasında təşkil olunacaq. Sınaq imtahanının məqsədi qapalı və açıq formalı test tapşırıqları vasitəsi ilə bakalavrların verbal və riyazi məntiqini, fəza təfəkkürünü, informatika və xarici dil üzrə bilik və bacarıqlarını, oxuyub-anlama və dinləyib-anlama vərdişlərini yoxlamaq, bununla da onların həm imtahan texnologiyalarına alışmaları, həm də imtahana hazırlıq səviyyələrini yoxlamaları üçün imkanın yaradılmasıdır. 

Regionlarda yaşayan iştirakçıların rahatlığını təmin etmək üçün imtahanlar Bakı şəhəri ilə yanaşı, Gəncə və Naxçıvan şəhərlərində də təşkil olunacaq. Sınaq imtahanında iştirak etmək istəyənlər 2019-cu il 14 yanvar saat 13:00-dan 28 yanvar saat 09:00-dək DİM-in internet saytında qeydiyyatdan keçərək imtahana yazıla bilərlər. 

Ətraflı məlumatla bu linkdən tanış ola bilərsiz.