Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-01-22 09:15:00
Şəhriyar yenə məğlub oldu, Teymur heç-heçə etdi

Hollandiyanın Veyk-an-Zee şəhərində "Tata Steel Chess" şahmat turnirinin 8-ci turu keçirilib.

AzEdu.az report-a istinadən xəbər verir ki, Azərbaycanı turnirdə təmsil edən Şəhriyar Məmmədyarov hindistanlı Vişvanatan Ananda məğlub olduğu halda, digər təmsilçimiz Teymur Rəcəbov hollandiyalı Yorden van Forestlə heç-heçə edib.

"Tata Steel Chess"

Veyk-an-Zee, Hollandiya

8-ci tur

Maqnus Karlsen (Norveç) - Rixard Rapport (Macarıstan) - 1:0

Vişvanatan Anand (Hindistan) - Şəhriyar Məmmədyarov (AZƏRBAYCAN) - 1:0

Yan-Kşiştof Duda (Polşa) - Vladimir Kramnik (Rusiya) - 1:0

Din Lijen (Çin) - Yan Nepomnyaşi (Rusiya) - 0,5:0,5

Santoş Vidit (Hindistan) - Aniş Giri (Hollandiya) - 0,5:0,5

Yorden van Forest (Hollandiya) - Teymur Rəcəbov (AZƏRBAYCAN) - 0,5:0,5

Vladimir Fedoseyev (Rusiya) - Sem Şenklend (ABŞ) - 1:0

Turnir cədvəli: Karlsen, Anand - hərəyə 5,5 xal, Nepomnyaşi, Lijenğ, Giri - 5, Rəcəbov - 4,5, Vidit, Duda - 4, Fedoseyev, Şenklend - 3,5, Məmmədyarov, Rapport -3, van Forest - 2,5, Kramnik - 2.