Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-04-01 11:16:02
Rezidenturaya qəbul imtahanının I mərhələsi ilə əlaqədar Apelyasiya Komissiyası yaradılıb

Bu gün keçirilən rezidenturaya qəbul imtahanının birinci mərhələsi ilə əlaqədar namizədlərin müraciətlərinə baxılması üçün Dövlət İmtahan Mərkəzində Apelyasiya Komissiyası yaradılıb.

AzEDU Dövlət İmtahan Mərkəzinə (DİM) istinadən xəbər verir ki, Apelyasiya Komissiyası Bakı şəhəri, A. Salamzadə küçəsi, 28 ünvanında (keçmiş Bakı Asiya Universitetinin binasında) fəaliyyət göstərəcək.

Namizədlər Apelyasiya Komissiyasına 2-4 aprel il tarixlərində saat 10:00-dan 17:00-dək şəxsiyyəti təsdiq edən sənədin əslini və surətini təqdim etməklə şəxsən müraciət edə bilərlər.