Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-01-21 16:30:00
Ucqar bölgələrdə qəbula hazırlıq – “Bəzi materialları ümumiyyətlə, tapa bilmirik”

“Qəbul imtahanına hazırlıqlarnormal gedir. Təhsildən yayınma halları son illər demək olar, müşahidə edilmir. Rayonun əhali və məzun sayı ilə müqayisədə qəbula hazırlaşanların sayı kifayət qədər çoxdur”. 

Bu sözləri AzEdu.az-a açıqlaması zamanı Gədəbəy rayonu Qızılqaya kənd tam orta məktəbinin Coğrafiya müəllimi Tural Topçuyev deyib. Onun sözlərinə görə,  Gədəbəydə təhsilə maraq yüksək səviyyədədir: 

“Əksər valideynlər düşünür ki, övladına təhsil versin. Bu, yüksək rəqabətlilik yaradır. Çətinlik ucqar məktəblərdə kadr çatışmazlığıdır. Mövcud kadrlar mümkün qədər bacardıqlarını edirlər. 

Qəbul imtahanına hazırlıqlar normal gedir. Təhsildən yayınma halları son illər demək olar, müşahidə edilmir. Rayonun əhali və məzun sayı ilə müqayisədə qəbula hazırlaşanların sayı kifayət qədərdir”. 

Müəllim qeyd edib ki, lazımi vəsaitləri tapmaq bəzən çətinlik yaradır: 

“Bəzi lazımi materialları çətinliklə əldə edirik və ya ümumiyyətlə, tapmaq mümkün olmur. Buna səbəb mərkəzdən uzaqda yerləşməyimizdir. Auditoriya şəraitimiz demək olar ki, yox səviyyəsindədir”.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları