Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-01-21 13:45:16
Nəsiminin “Hüseyni” təxəllüsü ilə yazdığı şeirləri aşkarlandı

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov böyük Azərbaycan şairi İmadəddin Nəsiminin ”Divan”ının - lirik şeirlər toplusunun Ankaranın Milli Kitabxanasında saxlanılan iki əlyazma nüsxəsinin sürətini əldə edib.

İnstitutdan AzEdu.az.a bildirilib ki, bu nüsxələrdə şairin “Hüseyni” təxəllüsü ilə yazdığı şeirləri aşkar edilib. 105 vərəqdən ibarət birinci əlyazmanın başlığı “Divani-Həzrət Seyyid-Nəsimi” kimi getsə də, buradakı şeirlərin çoxu “Hüseyni” təxəllüsü ilə yazılıb. 124 vərəqdən ibarət ikinci əlyazmada şairin həm “Nəsimi”, həm də “Hüseyni” təxəllüsü ilə yazdığı şeirləri vardır.