Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-01-21 11:51:00
Təqaüdlə bağlı tələbələri çaş-baş salan bütün suallara cavablar –  Hesablanma qaydaları və istisnalar  

Dövlət hesabına və ödənişli təhsil almasından asılı olmayaraq, ali məktəbə daxil olan və yüksək göstəricilərə sahib  tələbələrə hər ay müəyyən məbləğdə təqaüd ödənilir. 

Bəs, təqaüdlər hansı göstəricilər nəzərə alınmaqla tələbələrəverilir? 

AzEdu.az ali təhsil pilləsi üzrə təqaüdlərin təyin olunması və ödənilməsi qaydalarını təqdim edir. 

Universitetlərdə təhsil alan tələbələrə təqaüd onların ümumiorta uğur (müvəffəqiyyət) göstəricilərinə (ÜOMG) görə verilir. 

ÜOMG tələbənin təhsil proqramını mənimsəmə səviyyəsinin göstəricisidir. 

ÜOMG aşağıdakı düsturla hesablanır: 

 

                            b1k1*+b2k2*+b3k3*+... +bnkn* 

ÜOMG =   ---------------------------------------------

                                     k1+k2+k3+... +kn

b1,b2,...,bn = tələbənin fənlər üzrə topladığı ballar; 

k1,k2,...,kn= həmin semestrdə keçirilən fənlərə görə nəzərdə tutulan müvafiq kreditlər; 

k1*, k2*,..., k3* = fənlər üzrə qazanılan kreditlər. 

Əgər tələbə imtahandan kəsilərsə, o, krediti qazanmamış hesab edilir və bu əmsal sıfır olur. 

İxtisaslar üzrə dövlət hesabına nə qədər tələbə təhsil alırsa, ayrılan təqaüdün miqdarı da o qədər müəyyənləşdirilir. 

İmtahan sessiyasının nəticələrinə görə, ÜOMG-si ən yüksək olan tələbələrə təqaüd ödənilir. 

Təqaüdlərin növləri: 

Bu o deməkdir ki, semestr üzrə verilən bütün fənlərdən qiymətləriniz 91-dən yüksək ( A) olmalıdır. 

Fənlər üzrə göstəriciləri 71-100 bal olan tələbələrə "həvəsləndirici" təqaüdü;(Bu halda ən azı birfəndən göstərici 91-100 olmalıdır) 

“Zərbəçi” təqaüdü almaq üçün semestr üzrə verilən bütün fənlərdən qiymətlər 71-dən(C) yuxarı olmalıdır.Ən az bir fəndən göstərici isə 90-dan yüksək olmalıdır. 

Fənlər üzrə göstəriciləri 51-100 bal olan tələbələrə"adi"təqaüd ödənilir. 

Yəni, kəsiri olmayan və göstəriciləri 51-dən yuxarı olan tələbələrə adi təqaüd verilir. 

Semestr bitdi və təqaüd alanların siyahısı müəyyən olundu. Lakin sonuncu yerə bir neçə tələbənin balı çatır. Bu zaman hansı tələbə təqaüd almalıdır? 

I kursun ikinci semestrində DİM balı, sonrakı semestrlərdə isə əvvəlki semestrin orta balı (ÜOMG) yüksək olan tələbəyə təqaüd ödənilir. 

Bakalavriat səviyyəsinə dövlət sifarişi ilə qəbul olunan, 600 və daha çox bal toplayan tələbələrə I kursun I semestrində "əlaçı", digər halda isə "adi" təqaüd verilir. 

V ixtisas qrupu üzrə dövlət sifarişi ilə qəbul olunan, imtahan verilən fənlər üzrə müəyyən olunan maksimal balın 85 faizini və daha çox bal toplayan tələbələrə I kursun I semestrində "əlaçı", digərlərinə isə "adi" təqaüd verilir.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları