Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-01-21 09:29:00
“Müdafiə işim beynəlxalq səviyyədə tanınsa da, burada bəzi süni əngəllər yaşandı” –Gənc alim  

“Müdafiə işimin nəticələri beynəlxalq səviyyəli olduğu üçün müdafiə prosesində o qədər də əziyyət çəkmədim”. 

Bu sözləri AzEdu.az-a verdiyi  açıqlamada  gənc  alim  Əfsun Sucayev deyib: 

“2018-ci il  sentyabrın 25-də müdafiə  işim tamamlanıb və artıq sənədlərimi  Ali Attestasiya Komissiyasına təsdiq olunmaq üçün göndərmişəm. 

Müdafiə  işimin  nəticələri beynəlxalq səviyyədə, dünyanın aparıcı elm mərkəzləri tərəfindən qəbul edildiyi üçün müdafiə prosesində o qədər də çətinlik çəkmədim”.

"Deyilən iradlar nəzərə alınmayacaqsa, aparıcı təşkilatda müdafiəyə nə ehtiyac var?”

Əfsun Sucayev, eyni zamanda, müdafiə işinin çətinliklərindən də danışıb,  bu ərəfədə süründürmə halları ilə də qarşılaşdığını bildirdi:

“Ali Attestasiya Komissiyasına göndərildikdən sonra müdafiə işinin icazə prosesi 7 ay çəkdi. İcazə alındıqdan sonra bütün tələblərə cavab verən işdə, müdafiə zamanı yeni suallar meydana gəldi. Bu da  işin süni olaraq süründürülməsinə səbəb olurdu.

Aftoreferat tam olaraq hazırlanıb çap edilərək, aparıcı təşkilata göndərilir. Bu zaman bildirilən iradlara uyğun olaraq, heç bir düzəlişə icazə verilmir. Belə olan halda, aparıcı təşkilatda müdafiə olunmasına nə ehtiyac qalır?!

Əsas müdafiəm yüksək səviyyədə - mövzumun aktuallığı və bu zamana qədərki nailiyyətlərim nəzərə alınaraq ümumi müdafiə prosesim uğurlu keçdi.”

Xatırladaq ki, Ə.Sucayev 2001-ci ildə Gəncə Dövlət Universitetinin kimya biologiya ixtisası üzrə bakalavr, 2003-cü ildə magistraturasını fərqlənmə diplomu ilə bitirib. 2003-2007-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Aşqarlar Kimyası İnstitutunun aspiranturasında təhsil alıb.

2 ixtira 30 elmi əsər və 100-dən artıq məqalənin sahibidir.

Rəna Nəbi