Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-01-21 08:59:00
Bu ilin ilk Ay tutulması baş verdi    

Bu ilin ilk Ay tutulması hadisəsi baş verib.

AzEdu.az xəbər verir ki, AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılovun bildirdiyinə görə, 2019-cu ilin ilk Ay tutulması hadisəsi yanvarın 21-də Bakı vaxtı ilə saat 07:34-də başlayıb və 10:51-dək müşahidə ediləcək.

X.Mikayılov deyib ki, Ay tam tutulsa da, Azərbaycan ərazisində müşahidə olunmur. Bu təbiət hadisəsini Mərkəzi Sakit okean, Amerika, Afrika və Avropa ölkələrində izləmək mümkün olacaq.

Növbəti qismən Ay tutulması isə iyulun 17-də qeydə alınacaq və həmin hadisə Azərbaycanda müşahidə olunacaq.