Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-01-20 17:50:00
 "Qanlı Yanvar" dərsliklərdə  necə işıqlandırılır?  -  Ekspertdən irad və təkliflər

 

“Yuxarı siniflərə qalxdıqca, bu barədə tam təbliğat aparılmalıdır.Təəssüf ki, 20 Yanvar hadisələri  ildə bir dəfə yada düşür. Belə deyək, valideynini itirmiş övlad onu yalnız ildə bir dəfə ölüm günü xatırlayırsa, valideynə belə bir övlad lazım deyil”.

Bu sözləri AzEdu.az-a açıqlamasında təhsil üzrə ekspert Bəhmən Məmmədov deyib.

O, eyni zamanda, bildirib ki, 20 Yanvar hadisələri ilə bağlı ildə bir dəfə yox bütün il boyu təbliğat aparılmalıdır:

“Bütün orta məktəb kitablarında müəyyən qədər 20 Yanvar hadisələri, azadlıqla bağlı yazılar var. Amma belə düşünürəm ki, aşağı siniflərdə “Qanlı 20 Yanvar” sözündəki qan hissəsini çıxarmaq lazımdı.

Yuxarı siniflərə qalxdıqca bu barədə tam təbliğat aparılmalıdır.Təəssüf ki, “20 Yanvar” hadisələri  ildə bir dəfə yada düşür. Belə deyək , valideynini itirmiş övlad onu yalnız ildə bir dəfə ölüm günü xatırlayırsa, valideynə belə bir övlad lazım deyil. Bizdə də həmin vəziyyətdir. Bu hadisə yalnız 20 yanvar günü xatırlanır, sosial şəbəkələrdə bu haqda nələrsə paylaşılır, Şəhidlər  Xiyabanına gedilir. Bu, belə olmamalıdır.

 Şagirdlərə ildə bir dəfə yox, ilin hər günü bu ruh təbliğ olunmalıdır. Onlara azadlığın nə olduğu, necə əldə edildiyini öyrətmək lazımdır. İl ərzində bir neçə dəfə müəllimlərin rəhbərliyi ilə Şəhidlər Xiyabanına aparılmalıdır. 20 Yanvar hadisələri, vətənpərvərliklə bağlı mövzular ilin bir günə yox hər günündə tədris olunmalıdır. Uşaqlara vətənpərvərlik ,vətən sevgisi aşılanmalıdır.

Doğrudur, hazırda, ədəbiyyatçılar 20 Yanvar hadisələri, vətənpərvərliklə bağlı təbliğatlar aparsa da bu,  kifayət deyil. Biz uşaqlarımızı vətənpərvər ruhda böyütməli, vətənə sevgini  onların şüuraltılarına yeritməliyik. 20 ildən bir nəsillər, onların düşüncsi dünyagörüşü dəyişir. 20 il bundan əvvəlki azərbaycanlı ilə bugünkü azərbaycanlının düşüncəsi arasında çox böyük fərq var. Yəni biz övladlarımızı o kökdə böyütməliyik ki, 20 il sonra belə,onlarda vətənpərvəlik, vətən sevgisi yüksək səviyyədə olsun”.

   Rəna Nəbi