XƏBƏRLƏR

20.01.2019 13:30
İkili diplom proqramlarının gələcək dayanıqlılığına dair mexanizm hazırlanacaq  

“2019–2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində beynəlxalq ikili diplom proqramları üzrə dövlət vəsaiti və öz vəsaiti hesabına təhsil alacaq Azərbaycan vətəndaşlarının sayının illər üzrə proqnozlaşdırılmasına, ikili diplom proqramlarının gələcək dayanıqlılığına dair mexanizm hazırlanacaq.

AzEdu.az  xəbər verir ki, müvafiq Dövlət Proqramında Nazirlər Kabineti, Təhsil Nazirliyi, Dövlət Neft Fondu, tabeliyində ali təhsil müəssisəsi olan digər dövlət qurumları normativ hüquqi aktların hazırlanması üzrə icraçı orqanlar kimi müəyyən edilib.

Xatırladaq ki, “2019–2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 noyabr tarixli Sərəncamı ilə təsdiq edilib.

İlin gənc müəllimi-Müraciət formu