Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-01-19 13:10:00
Vyetnamın Honoy Universitetində 20 yanvar faciəsi ilə bağlı tədbir keçirildi

Azərbaycanın Vyetnamdakı səfirliyinin təşkilatçılığı ilə Hanoy Universitetində 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar tədbir keçirilib.

AzEdu.az xəbər verir ki, universitetin tələbə və professor-müəllim heyətinin iştirak etdiyi tədbirdə çıxış edən səfir Anar İmanov 20 Yanvar faciəsi haqqında dolğun məlumat verib. O, 20 Yanvar faciəsinin xalqımızın qan yaddaşında silinməz izlər buraxmaqla yanaşı, milli qürur və qəhrəmanlıq nümunəsi, Azərbaycanın suverenliyi və istiqlaliyyəti uğrunda mübarizəsinin şanlı səhifəsi olduğunu diqqətə çatdırıb.

A.İmanov 29 il əvvəl baş verən həmin faciəli hadisələrin dağılmaqda olan sovet imperiyasının hərb maşınının milli azadlıq hərəkatımızı qana bürümək məqsədi daşıdığını bildirərək, həmin qanlı cinayətin Azərbaycan xalqının iradəsini sarsıtmaq və öz müstəqillik uğrunda apardığı mübarizədən çəkindirməyə müvəffəq olmadığını qeyd edib.

Bildirilib ki, ümummilli lider Heydər Əliyev baş verən bu faciə ilə bağlı Azərbaycan xalqının kəskin etirazını bütün dünyaya çatdıraraq, həmin cinayətin törədilməsində bütün müqəssir olanların məhkum edilməsini tələb edib. Məhz ulu öndər Heydər Əliyevin qətiyyəti və cəsarəti sayəsində 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymət verilib.

Diplomat Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında da ətraflı məlumat verərək, Ermənistan silahlı qüvvələrinin zəbt olunmuş Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT-nin dörd qətnaməsinin, habelə digər nüfuzlu beynəlxalq təşkilatların sənədlərinin müddəalarının yerinə yetirilməsinin rəsmi Yerevan tərəfindən tamamilə rədd edildiyini bildirib. Diqqətə çatdırıb ki, münaqışənin yalnız Azərbaycanın suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı əsasında həlli mümkündür.

Sonda 20 Yanvar faciəsini əks etdirən sənədli film nümayiş olunub.