Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-01-18 20:57:00
Mübadilə proqramına həsr olunan təqdimat

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Zaqatala filialında “Mevlana” mübadilə proqramına həsr olunan təqdimat keçirilib. UNEC-dən AzEdu.az-a bildirilib ki, beynəlxalq əməkdaşlıq şöbəsinin mütəxəssisi Pərvin Paşayeva “Mevlana” proqramı və müraciət şərtləri, eyni zamanda, mübadilə proqramlarında iştirakın perspektivləri haqqında məlumat verib.

Qeyd edilib ki, mübadilə proqramında iştirak üçün müraciətlərin qəbuluna yaxın günlərdə start veriləcək.