Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-01-18 14:10:00
“Eyni işlə məşğul olan 40 quruma ehtiyac yoxdur, bu idarə isə artıq idi” – Sabiq Təhsil naziri

 Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə Təhsil Nazirliyinə tabe olan Akkreditasiya və Nostrifikasiya İdarəsi, Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu, Təhsil İnstitutu, İstedadlı Uşaqlarla İş Mərkəzi, Respublika Elmi-Pedaqoji Kitabxanası, “Təhsil”  Respublika İdman Mərkəzi ləğv olunub.

Fərmandan çıxarışa əsasən,  Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyindəki Akkreditasiya və Nostrifikasiya İdarəsi ləğv edilir. Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu, Azərbaycan Respublikası Təhsil İnstitutu, İstedadlı Uşaqlarla İş Mərkəzi və Respublika Elmi-Pedaqoji Kitabxanası vahid qurumda,  Respublika Bədən Tərbiyəsi Mərkəzinin və “Təhsil” Respublika İdman Mərkəzi də ayrıca vahid qurumda birləşdirilir.

Sabiq təhsil naziri, professor Firudun Cəlilov AzEdu.az-a açıqlaması zamanı ləğv olunan və birləşdirilən  qurumların  fəaliyyəti barədə danışıb. O, atılan addımı müsbət qiymətləndirib:

“Bu qurumların hamısını Müəllimlərin Təkmilləşdirilmə İnstitutu adı altında birləşdirmək olar. Bir qurum olsa, kifayət edir. Eyni işlə məşğul olan 40 quruma ehtiyac yoxdur.

Akkreditasiya və Nostrifikasiya  ümimiyyətlə, artıq qurumdur. Nazirliyin tərkibində bir-iki adam bu işlə məşğul olsa kifayət edir. Bunun üçün ayrıca idarənin açılmasına ehtiyac  yoxdur.  İdarəçilikdə yuxarılardakı qurumlar  nə  qədər az olsa, o iş bir o qədər  yaxşı gedər. İdarəçiliyi aşağılara, institutlara, məktəblərə vermək daha yaxşıdır. Bu mənada, bu cür reformaların aparılmasına böyük ehtiyac var”.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları