Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-01-18 12:48:00
“Rayon təhsil şöbələri ləğv olunsa, məktəblər müstəqilləşəcək” – Fazil Mustafa  

“Təhsil şöbələrinin ləğvi məktəbləri müstəqilləşdirəcək

Bunu  AzEdu.az-a açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa deyib.

Qeyd edək ki, Təhsil Nazirliyi rayon və şəhər təhsil şöbələrinin ləğv edilərək onların bazasında regional təhsil idarələrinin yaradılmasına başlanılması ilə bağlı məlumatlara münasibət bildirib.

AzEdu.az xəbər verir ki, nazirlikdən cavab olaraq məlumatı nə təsdiq, nə də inkar etməyiblər.  

"Təhsil Nazirliyində bununla bağlı hər hansı məlumat yoxdur", nazirlikdən qeyd olunub. 

Bəs yerli təhsil şöbələrinin ləğvi Azərbaycan təhsil sisteminə nə cür təsir edə bilər? 

Fazil Mustafanın bu suala cavabı maraqlı olub.   

“Təhsil şöbələrinin ləğvinin elə də problem yaradacağını düşünmürəm,  əksinə, məktəblər daha da müstəqilləşəcək. 

Hər halda regional qurumların yaradılması daha məqsədə uyğundur.  Hər kiçik rayonda bir şöbənin olmasındansa, 10 rayon üçün bir qurumun yaradılması daha düzgündür. Bu struktur islahatların bir hissəsidir.

Başqa sahələrdə bu istiqamətdə müəyyən addımlar atılacaq”. 

F.Mustafa əlavə olaraq, son günlərdə edilən struktur dəyişikləri barəsində də danışıb: 

Elektron Hökumət  modeli  istiqamətində müəyyən boşluqların olduğunu nəzərə alsaq, bu sahədə də işlərin tənzimlənməsində  müəyyən  çətinlikləri ortaya  çıxa  bilər. Ümid edək ki, belə islahatlar çevik idarə etməyə gətirib çıxaracaq və ümum işin faydasına olacaq.  

Bir-birini təkrarlayan, mənasız qurumların  aradan qalxması üçün digər sahələrdə də belə islahatların həyata keçirilməsi vacibdir.

Funksiyaları eyni bir mərkəz tərəfindən həyata keçirilə bilən qurumların birləşdirilməsi əlavə bina, avtomobil kimi artıq  xərclərin aradan qaldırılmaına gətirib çıxarar”. 

Rəna Nəbi