Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-01-18 11:25:00
Tanınmış din alimi universitetə rektor təyin olundu

Türkiyənin tanınmış din alimi Nihat Hatiboğlu Qaziantep İslam Elm və Texnologiya Universitetinin rektoru təyin edilib.

AzEdu.az “Haber7”yə istinadən xəbər verir ki, bununla bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sərəncam imzalayıb.

Sərəncama əsasən, daha 5 universitetə yeni rektor təyin edilib.

Qeyd edək ki, Nihat Hatiboğlu 1955-ci il mayın 11-də Diyabakırda doğulub. Siirt və Malatyada ibtidai məkətbdə, 1975-ci ildə isə Uşak İmam Hatib Məktəbində və Uşak Liseyində təhsil alıb. 1981-ci ildə Ankara Universitetinin İlahiyyat fakültəsini bitirib.