Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-01-18 10:51:14
Sabahdan məktəblərdə dərs başlayır - NAZİRLİK  

Respublika ərazisində altı günlük tədris sistemi olan məktəblərdə sabah dərslər keçiriləcək.

Bu barədə AzEdu.az-a Təhsil Nazirliyindən məlumat verilib.

Məlumatda qeyd edilib ki, təhsil naziri Ceyhun Bayramovun “Təhsil müəssisələrində təlim-tərbiyə prosesinin dayandırılması barədə” əmri 17-18 yanvar tarixlərinə aiddir. 

Qalan günlərdə təhsil müəssisələrində tədris adi qaydada davam etdiriləcək.

Xatırladaq ki, təhsil naziri C.Bayramov Nazirlər Kabinetinin 2019-cu il 16 yanvar tarixli sərəncamının icrasını təmin etmək məqsədi ilə “Təhsil müəssisələrində təlim-tərbiyə prosesinin dayandırılması barədə” əmr imzalayıb. Əmrə əsasən, hava şəraitinin kəskin pisləşəcəyi ilə əlaqədar olaraq yanvarın 17-si və 18-i ölkə ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində təlim-tərbiyə prosesi dayandırılıb və bununla bağlı bütün tədbirlər təxirə salınıb.