Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-01-17 16:45:52
Riyaziyyat üzrə kurikulum  standartlı sinif testləri tezliklə çap olunacaq  

“Yaxın günlər ərzində Riyaziyyat fənni üzrə kurikulum standartlarına cavab verən sinif testləri çap olunacaq”

Bu barədə Dövlət İmtahan Mərkəzinin sektor müdiri Xanlar Xanlarzadə AzEdu.az-ın “Edubrifinq”ində jurnalistlərin suallarını cavablandırarkən deyib. O, digər fənlər üzrə test kitabçalarının nəşr olunmasıyla bağlı da münasibət bildirib:

“Yaxın günlər ərzində Riyaziyyat fənni üzrə kurikulum standartlarına cavab verən sinif testləri çap olunacaq.

Test kitabçalarının nəşri davam etdirilir və bütün siniflər üzrə vəsaitlər nəşr olunacaq”

Xatırladaq ki, Riyaziyyat fənni həm IX, həm də XI sinif buraxılış imtahanlarına daxildir. Buraxılış imtahanı üzrə proqram isə “Abituriyent” jurnalının xüsusi buraxılışlarında öz əksini tapıb.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları