Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-01-16 16:45:00
ABŞ-ın Miçiqan Universitetinin alimləri “Facebook”dan psixoloji asılılığı qiymətləndiriblər

ABŞ-ın Miçiqan Universitetinin alimləri “Facebook”dan psixoloji asılılığı qiymətləndiriblər. Onların fikrincə, qərar qəbulu ilə bağlı problemlər narkomanlar və kompüter oyunçularında tez-tez müşahidə olunur. Analoji vəziyyətə sosial şəbəkələrdən çox istifadə edən insanlarda da rast gəlinir. Bu, o deməkdir ki, narkotik maddələrdən, kompüter oyunlarından, eləcə də sosial şəbəkələrdən asılılığı olan insanlar bəzən öz təcrübələrindən, səhvlərindən nəticə çıxara bilmir və yanlış yolla getməyə davam edirlər.

AzEdu.az meddaily.ru saytına istinadla xəbər verir ki, son tədqiqatda 71 könüllü iştirak edib. Mütəxəssislər könüllülərə sosial şəbəkədən istifadə, “Facebook”un işləməyə və ya dərs oxumağa təsiri barədə suallar veriblər. Alimlər, həmçinin könüllülərin qərar qəbulu qabiliyyətini qiymətləndirmək üçün onlara standart psixoloji tapşırıqları yerinə yetirməyi təklif ediblər. Sosial şəbəkələrdən daha çox istifadə edən insanlar yanlış proqnoz veriblər və tapşırığı yerinə yetirə bilməyiblər.