Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-01-16 15:13:00
AMEA-nın mətbuat katibinə yeni vəzifə verildi      

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) “Elm” nəşriyyatına direktor təyin edilib.

AMEA-dan AzEdu.az-a bildirilib ki, bu vəzifə Səbuhi Qəhrəmanova həvalə olunub

Səbuhi Qəhrəmanov bu təyinata qədər AMEA Rəyasət Heyəti aparatında Mətbuat və informasiya idarəsinin İctimaiyyətlə əlaqələr şöbəsi – mətbuat xidmətinin müdiri vəzifəsində işləyib.

S.Qəhrəmanov 2009-cu ildə Bakı Dövlət Universitetinin Nəşriyyat işi və redaktəetmə ixtisasının baka­lavriat pilləsini, 2012-ci ildə isə magistratura pilləsini fərqlənmə diplomları ilə bitirib. 2018-ci ildə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “Ədəbi-tarixi prosesin problemləri və istiqamətləri (XX əsrin 20-30-cu illəri)” mövzusunda fəlsəfə doktorluğu dissertasiyası müdafiə edib.

O, 2011-ci ildə AMEA-nın “Elm” nəşriyyatında əmək fəaliyyətinə başlayıb, 2014-cü ilədək ədəbi redaktor, Nəşriyyat şöbəsinin müdiri vəzifələrində işləyib. 2015-ci ildən 2019-cu ilədək AMEA Rəyasət Heyəti aparatında Mətbuat və informasiya idarəsinin İctimaiyyətlə əlaqələr şöbəsi – mətbuat xidmətinin müdiri vəzifəsində çalışıb.