Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-01-16 14:32:00
Elmin İnkişafı Fondu müsabiqələri ləğv etdi

“Azərbaycan Respublikasında dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 14 yanvar tarixli Fərmanının 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun fəaliyyəti özünümaliyyələşdirmə prinsipi əsasında həyata keçirilməklə yenidən təşkil edilməlidir.

AzEdu.az xəbər verir ki, bu proseslə əlaqədar olaraq, Elmin İnkişafı Fondu elan olunmuş aşağıdakı müsabiqələr üzrə layihələrin qəbulunu dayandıdı:

-        “Azərbaycan və Türk Dünyası” tədqiqatları üzrə qrant müsabiqəsi;
-        9-cu “Mobillik qrantı” müsabiqəsi.

Məlumatda bildirilib ki, Elmin İnkişafı Fondu və TÜBİTAK tərəfindən birgə təşkil olunmaqla keçirilən 1-ci Azərbaycan-Türkiyə (“AzTürk-1”) beynəlxalq qrant müsabiqəsinə layihələr yalnız sənaye və biznes qurumlarının maliyyə dəstəyi verildiyi halda qəbul olunacaq.

Zəruri hallarda əlavə məlumat veriləcək.

Nəzərə alınması xahiş olunur.