Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-01-16 10:39:48
Canavar vasitəsilə yetişdirilən məktəblilər – Qeyri-adi metodun fotoları   

Uşaqların çox gözəl, misilsiz xəyal gücü olduğunu bilirik. Xəyal qurmaq onlar üçün çox təbii, eyni zamanda,  zehni inkişafları üçün faydalıdır.

Amma hazırda TV proqramları, cizgi filmləri, kompüter oyunları və s. onlara hazır məlumatlar verərək xəyal gücündən istifadəni ləngidir. Uşaqları xəyal qurmağa yönləndirmək və bunu dəstəkləmək onlar üçün çox vacibdir.

Elə bu səbəbdən müxtəlif ölkələrdən bir qrup rəssam bir araya gələrək “Canavar layihəsi” adlı komanda qurublar.

Dördüncü ildir,  icra olunan layihə şagirdləri xəyallarında canlandırdıqları kimi canavar şəkli çəkməyə dəvət edir. Daha sonra rəssamlar kiçik toxunuşlarla bu canavarlara həyat verirlər.

AzEdu.az  fotoları təqdim edir:

Rəna Nəbi