Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-01-16 10:32:52
ABŞ-da magistr dərəcəsində oxumaq istəyənlərin NƏZƏRİNƏ - Bu imtahan tələb olunur  

Gənclərin xarici ölkədə təhsil alması üçün müxtəlif beynəlxalq imtahanlar tələb olunur. Dünya universitetləri imtahan əsasında xarici ölkələrdən tələbə qəbul edirlər.

AzEdu.az bu dəfə GMAT imtahanı haqqında zəruri məlumatları təqdim edir:

Amerika Birləşmiş Ştatlarında magistr (MBA) və iqtisadiyyat üzrə doktorantura dərəcələrində təhsil almaq istəyənlər GMAT (Graduate Management Admission Test) imtahanından keçməlidir.

Belə ki, Amerika universitetlərinə magistr dərəcəsi və yaxud da doktorantura üçün müraciət etdikdə GMAT imtahanı tələb olunur. GMAT imtahanı standartlaşdırılmış imtahan olub kompüter əsasında aparılır. Riyazi, verbal və analitik təfəkkürü müəyyənləşdirmək üçün ingilis dilində hazırlanan testdir. Bu imtahan dünyanın müxtəlif yerlərində keçirilir. Həmçinin bu imtahana hazırlıqlar da bir çox ölkələrdə mövcuddur.

GMAT imtahanı 4 əsas bölmədən ibarətdir:

Analitik Yazı Qiymətləndirməsi (Analytical Writing Assessment), Əlaqələndirilmiş Mühakimə (Integrated Reasoning), 0xuma (Verbal) və Riyazi (quantitative).

Analitik Yazı Qiymətləndirməsi-İmtahan verən şəxsin tənqidi düşünmə qabiliyyətini və fikirlərini əlaqələndirib ifadə edə bilmə bacarığını ölçmək üçün hazırlanıb. Əlaqələndirilmiş Mühakimə-bu bölmə dərsdə yaxud işdə nailiyyət əldə etmək üçün ən vacib qabiliyyətlərdən sayılır. Əlaqələndirilmiş mühakimə bölməsi müxtəlif formatda olan və fərqli mənbələrdən götürülmüş məlumatların analiz və sintez edilməsini tələb edən dörd fərqli sual tipindən ibarətdir. Kəmiyyət-bu bölmə məsələləri kəmiyyət cəhətdən mühakimə etmə, kəmiyyət problemlərini və qrafik məsələləri həll etmə qabiliyyətlərini ölçmək üçün nəzərdə tutulub.

Verbal-GMAT imtahanında verbal bölməsi yazı materialını oxuma-anlama, arqument haqqında mühakimə yürütmək, qiymətləndirmə aparmaq və yazı materialını İngilis dilinin yazı normalarına uyğunlaşdırmaq qabiliyyətlərini ölçmək üçün nəzərdə tutulub.

GMAT imtahanında üç növ verbal sual mövcuddur : Oxuyub Anlama (Reading Comprehension), Tənqidi Mühakimə (Critical Reasoning) və Cümlə Düzəltmə (Sentence Correction) suallarıdır. GMAT imtahanı kompüter vasitəsilə keçirilir. Lakin dünyanın bəzi ölkələrində yazılı GMAT imtahanı vermək mümkündür. GMAT imtahanlarında maksimum 800 bal toplamaq olar.

Qeyd edək ki, GMAT balları 5 il müddətində etibarlıdır.

Günel Yaşarqızı
Müəllifin digər yazıları