Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-01-15 17:30:00
Dövlət qulluğu vəzifələri üzrə test imtahanında iştirak etmək üçün qeydiyyat davam edir

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən dövlət qulluğunda inzibati vəzifələrin A növünə (inzibati rəhbər vəzifələr) aid olan AA, AB və AC qruplarına uyğun olan vəzifələr üzrə yanvarın 27-də keçiriləcək test imtahanında iştirak etmək üçün qeydiyyat davam edir.

DİM-dən AzEdu.az-a bildirilib ki, yanvarın 15-nə olan məlumata görə, 21 nəfər qeydiyyatdan keçib.

İmtahan Bakı şəhəri, Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi, 28 (keçmiş Bakı Asiya Universitetinin binası) ünvanında keçiriləcək və kompüter vasitəsilə aparılacaq.

Xatırladaq ki, qeydiyyat yanvarın 25-i saat 17-də başa çatacaq.