Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-01-14 09:28:00
Dünyada 100 kilosunuzsa, orada 38 kilo olacaqsınız: 3 ildən sonra Marsda yaşayacağıq - Şərtlər necədir?

Amma 1 ilimiz 687 gün, suyumuz daha duzlu, çəkimiz isə 60 faiz az olacaq

AzEdu.az "Azərbaycan" qəzetinə istinadən bildirir ki, 2022-ci ildə bu planetdə yaradılacaq insan koloniyasında yaşamaq üçün artıq 100 mindən çox insan müraciət edib.

Bu gün isə Marsda 7 ədəd robot yaşayır. Onu da unutmayın ki, Marsda dünyadakı ağırlığınızın 60 faizini itirirsiniz. Dünyada 100 kilosunuzsa, orada 38 kilo olacaqsınız.

Mars həyatı şərtləndirən su, oksigen və atmosfer təzyiqi baxımından yetərsiz olsa da, Yer planeti ilə bir çox ortaq nöqtəyə sahibdir.

Planetimizlə müqayisədə Mars daha az kütləyə və daha kiçik ölçüyə sahibdir. Mars dünyanın yarısından bir az böyükdür. Dünyanın həcminin 15 faizinə, kütləsinin 10 faizindən artığına sahibdir. Amma Marsın Yerlə bəzi oxşarlığı bir gün orada da həyatın mümkün ola biləcəyinə işarə edir.

Dünya kimi, Marsda da dörd fəsil yaşanır. Hər fəsli üç ay davam edən dünyadan fərqli olaraq, Marsda mövsümlər daha uzundur. Marsın Günəş ətrafındakı bir dövriyyəsi 365 deyil, 687 gün davam edir. Yəni Marsın bir ili dünyanın iki ilinə bərabərdir.

Rəngli aurora işıqları sadəcə dünyaya xas bir şey deyil. Marsın da özünəxas aurorası var. Marsda bir gün 24 saat 40 dəqiqədir.

2008-ci ildə NASA tərəfindən Marsın bəzi yamaclarında su axını kəşf edilib. Bu su yay ayılarında maye halında olur, qışda isə donur. Marsın yayı Dünyanın yayından çox soyuq keçir. Marsda olan su dünyadakına nisbətən çox duzludur. Bu planetdə günəşin batışı mavi rəngdə olur.

Marsdakı hava təzyiqi dünyadakının 10 faizi qədərdir. Alimlərin fikrincə, burada bitki yetişdirmək mümkündür. Deyilənə görə, Marsın torpağı çəmən torpağı ilə gübrələndirilərsə, burada 10 növə qədər bitki yetişdirmək olar. Məsələn, pomidor, çovdar, turp, ispanaq, çuğundur, soğan və daha nələr...

Marsda dünyadakı bir şəlaləyə bənzəyən geolojik möcüzənin varlığı kəşf edilib. Ancaq ərimiş lavalarla doludur.