Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-01-13 12:13:00
Yəməndə 60 min uşaq dərsə gedə bilmir - Müharibə şəraitindəki məktəblərdən FOTOLAR

BMT-nin Uşaq Fondu UNİCEF Yəməndə 60 min uşağın müharibə şəraitində yaşadığına görə məktəbə gedə bilmədiyini açıqlayıb.

Burada hər 3 uşaqdan, yalnız 1-i təhsil ala bilir. Məktəbə gedə bilən şagirdlərin isə həm həyatları, həm də təhsilləri təhlükədədir. Çünki aclıq səfaləti çəkən ölkədə müəllimlərin maaşları uzun müddətdir ki, ödənmir.

Yəməndə məktəblərin 78 faizi dağıntılar altında qalaraq zərər görüb.

Külli miqdarda Yəmən sakini ərzaq çatışmazlığına görə faciəli şəkildə ölür. Ölkədə yardıma ehtiyacı olan insanların sayı 20 milyon nəfərə çatıb.

AzEdu.az Yəməndə yerləşən məktəblərdən fotoları təqdim edir:

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları