XƏBƏRLƏR

12.01.2019 17:18
Kosmosdan gələn radiosiqnallar elm dünyasını şoka saldı – Alimlər təşvişdə

Kanadanın British Columbia Universitetinın alimləri 1.5 milyard işıq ili uzaqlıqtakı bir mənbədən gələn radio siqnalları qeydə alıblar.

AzEdu.az araşdırmaçı-jurnalist İbrahim Nəbioğluna istinadən xəbər verir ki, siqnallar Okanagan Vadisindəki CHIME adlı teleskop tərəfindən təsbit edilib.

Astrofizik İngrid Stairs "Arxa-arxaya gələn 15 siqnalın buna bənzər başq siqnallar da olduğuna işarədir" deyir. İlk dəfə radio siqnalları 2007-ci ildə Avstraliyadakı Parkes teleskopu tərəfindən qeydə alınmışdı.

Nüfuzlu Nature jurnalında yayımlanan bu araşdırmada siqnalların güclü olduğu qeyd olunur. Əgər siqnal sünidirsə onun insanoğlundan daha inkişaf etmiş bir mədəniyyətdən gəldiyi ehtimal edilir.

İlin gənc müəllimi-Müraciət formu