Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-01-12 16:50:00
Xaricdə təhsilimiz üçün bütün xərcləri qarşılayan təqaüd proqramı – Əlavə pul da verir ki...

Son zamanlar xaricdə təhsildə təqaüd proqramları gənclərin əsas diqqət mərkəzindədir.

Belə proqramlar vasitəsilə tələbələr müxtəlif ölkələrdə təhsil alır  və müəyyən xərcləri qarşılanır.

Tələbələrin üstünlük verdiyi ölkələrdən biri də Macarıstandır.

AzEdu.az Macarıstanın  Stipendium Hungaricum  təqaüd proqramına dair zəruri məlumatları təqdim edir:

Macarıstan hər il 200 Azərbaycan vətəndaşına təqaüd hesabına təhsil almaq imkanı yaradır. Təqaüd tam bakalavriat, magistratura və doktorantura üzrə təhsil almaq istəyənlər üçün nəzərdə tutulub.

 Proqram haqqında

Təqaüd qazandığınız halda universitet yataqxanasında yaşayış, tibbi sığorta, aylıq təqaüd Macarıstan tərəfindən ödənilir. Amma universitetə gediş-gəliş xərcləri tələbələrin özləri tərəfindən qarşılanır.

Təqaüdlər hər ay  vaxtında köçürülür. Tələbələrə yaşamaq üçün əlavə “residence” pulu verilir.

Tələb olunan sənədlər:

Macarıstan Təqaüd Heyətinin elektron müraciət forması;  

 Motivasiya məktubu (minimum 500 söz);

* Dil sertifikatı (IELTS 6.5 (hər bölmənin 6-dan aşağı olmaması şərti ilə)/TOEFL 90/B2);

Europass formatında doldurulmuş CV;

* Təhsil sənədləri (ingilis və ya macar dilində notarial qaydada təsdiq olunan tərcümə):

  1. bakalavriat təhsil səviyyəsi üçün: orta təhsili bitirmə haqqında sənəd;
  2. magistratura təhsil səviyyəsi üçün: bakalavr diplomu;
  3. doktorantura təhsil səviyyəsi üçün: magistratura diplomu;

QEYD: Sadalanan ali təhsil sənədlərindən hər hansısa birini (bakalavr və ya magistr diplomu) namizəd xarici təhsil müəssisəsinin məzunu olaraq alıbsa, həmin sənədin Azərbaycan Respublikası ərazisində tanınması/nostrifikasiyasına dair sənəd təqdim  etməlidir.

Orta təhsili bitirmə haqqında sənəd – ingilis dilində tərcümə və notarial qaydada təsdiq olunan surəti;

Rəsmi transkriptlər, dərəcələr, artıq bitmiş ali təhsil diplomu – notarial qaydada tərcümə təsdiq olunan surəti;

Bakalavr (BA/BSc) diplomu – ingilis dilində tərcümə və notarial qaydada təsdiq olunan surəti (MA/MSc proqramları üçün)

* Şəxsiyyəti təsdiq edən sənədin surəti;

* QİÇS, Hepatit A, B, C və ya başqa yoluxucu xəstəliklərin olmamasına dair tibbi arayış  (ingilis və ya macar dilində).

Doktorantura proqramı üçün müraciət edən namizədlər üçün əlavə olaraq:

Tədqiqat işi (minimum 2 səhifə);

Magistratura (MA/MSc) diplomunun surəti;

Təhsil müəssisəsi tərəfindən verilmiş iki ədəd tövsiyə məktubu.

*-la qeyd olunan sənədləri 15 yanvar 2019 kimi müraciət formasına daxil edə bilmədiyiniz halda, 2019-cu ilin yaz/yay aylarında təqdim edə bilərsiniz. Həmin sənədlərin təqdim edilməsi üçün son tarix – 1 avqust 2019.

Təqaüd proqramına sənəd qəbulu 2019-cu il yanvarın 15-dək aparılacaq.

Qeyd edək ki, sənədləri qeyd olunan vaxta qədər toplayıb tələb olunan formatda təqdim etmək vacibdir. Xırda bir uyğunsuzluq səbəbindən imtina almamaq üçün bu mərhələyə məsuliyyətlə yanaşmağı tövsiyə edirik.

Ərizəçilər yalnız qeyd olunan veb saytda onlayn müraciət edə bilərlər:

https://apply.stipendiumhungaricum.hu/.

Günel Yaşarqızı
Müəllifin digər yazıları