Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-01-12 16:04:00
Ən çox əcnəbi tələbə bu ölkələrdə oxuyur – İlk onluq

Nüfuzlu OECD Tədqiqatlar Mərkəzi dünyada ən çox əcnəbi tələbənin oxuduğu ölkələrin reytinq cədvəlini hazırlayıb.

AzEdu.az xarici mediaya istinadən xəbər  verir ki,  siyahı hazırlanan zaman həmn ölkədəki əcnəbi tələbələrin sayının ümumən ali təhsil alanlara nisbəti əsas götürülüb.

Məsələn, siyahının ilk pilləsində yer alan ölkə - İngiltərənin bu göstəricisi 18 faizdir. Yəni, ölkədəki ümumi tələbə kontingentinin bu qədəri başqa ölkələrin vətəndaşlarıdır.

Eyni düsturla, ikinci pillədə nə qədər qəribə də olsa, Avstraliya yer alıb. “Yaşıl qitə”də oxuyan tələbələrin 17 faizi əcnəbilərdir.

Sıralamadakı ilk üçlüyü isə Kanada tamamlayır. Az qala, hər bir gəncin arzusu olan bu dövlətdəki tələbələrin 12 faizi xaricilərdir.

Qardaş Türkiyə də ilk onluqda yer alıb. Bəlkə də təəccüblənəcəksiniz, amma oradakı tələbələrin yalnız bircə faizi xaricilərdir. Bu göstərici isə Türkiyə ilk onluğu qapayır.

Onluqda yer alan digər  6 ölkə: Hollandiya (11 %),  Fransa(10 %), Almaniya-Finlandiya: (eyni göstərci – 8 %),  ABŞ (5 %), İtaliya (4 %).