XƏBƏRLƏR

11.01.2019 22:45
Elmi şura namizədlərlə bağlı müzakirə apardı

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda elmi şuranın 2019-cu ildə ilk iclası keçirilib. İnstitutdan AzEdu.az-a bildirilib ki, iclasa sədrlik edən institutun direktoru, akademik İradə Hüseynova gündəlikdəki məsələləri elmi şura üzvlərinin diqqətinə çatdırıb.

İclasda attestasiya komissiyasının sədri, biologiya üzrə elmlər doktoru Səftər Süleymanov institut əməkdaşlarının elmi fəaliyyətinin qiymətləndirilməsi məqsədilə keçirilmiş müsabiqənin qərarı haqqında məlumat verib.

Təhsil şöbəsinin müdiri, biologiya üzrə fəlsəfə doktoru Samirə Rüstəmova AMEA-da 2019-cu tədris ilində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul imtahanlarının keçirilməsi haqqında akademiya prezidentinin 2019-cu il 4 yanvar tarixli 1 saylı sərəncamına əsasən Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda doktoranturaya sənəd vermiş namizədlər barədə şura üzvlərini məlumatlandırıb.

Sonra bir sıra təşkilati məsələlər müzakirə olunub.

 

İlin gənc müəllimi-Müraciət formu