XƏBƏRLƏR

11.01.2019 18:56
Daha bir məktəbdə yanğın - Şagirdlər təxliyə olundu

Moskvanın qərbində 1329 saylı məktəbdən 180-dən çox şagird və 35 əməkdaş yanğın səbəbindən təxliyə olunub.

AzEdu.az Trend-ə istinadən məlumat verir ki, hadisə ilə bağlı məktəbin direktoru Veronika Burmakina xəbər verib.

Bildirilir ki, yanğın məktəbin dəhlizində baş verib. 

Hadisə nəticəsində şagird və müəllim heyətindən heç kəs xəsarət almayıb. Hadisə yerinə gələn yanğınsöndürmə briqadası yanğının qarşısını qısa müddətdə almağa müvəffəq olub.

Yanğının hansı səbəbdən baş verməsi məlum deyil. İnsidentlə bağlı araşdırma başlayıb.

İlin gənc müəllimi-Müraciət formu