Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-01-11 18:24:51
Tələbə və gənc müəllimlərimiz sertifikatlar alıblar - FOTO

Bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Tikinti-iqtisad fakültəsinin bakalavr, magistr tələbələri və gənc müəllimlərinə “Maliyyə savadlılığı” layihəsi çərçivəsində  təlimlər keçən Mərkəzi Bankın və Maliyyə Bazarlarına Nəzarət Palatasının  sertifikatları təqdim olunub. 

AzEdu.az xəbər verir ki, AzMİU-nun rektoru Gülçöhrə Məmmədova  universitet və istehsalat müəssisələrinin  birgə əməkdaşlığının tələbələr üçün böyük əhəmiyyətinə toxunub. Rektor bildirib ki, sevindirici haldır ki, tələbələrimiz ölkənin aparıcı qurumlarının mütəxəssisləri tərəfindən aparılan seminar, treninqlərə qatılır, yeni bilik və vərdişlərə yiyələnir. Bu da universitetin və fakültə nəzdində olan kafedraların istehsalatla əlaqəsinin geniş və effektiv qurulmasından xəbər verir.  

Xidmət sahələrinin iqtisadiyyatı və menecment kafedrasının müdiri, professor Məhəbbət Məmmədov Mərkəzi Bankın yüksəkixtisaslı mütəxəssisləri  tərəfindən ötən ilin dekabr ayında keçirilən təlimlərdə tələbələrin fəallığına toxunub. Onların təlimlərdə öz bilik və bacarıqları ilə seçildiklərini xüsusi qeyd edib.  Strateji inkişaf üzrə prorektor Ülkər Səttarova  Mərkəzi Bankın və Maliyyə Bazarlarına Nəzarət Palatasının tələbələr üçün təşkil etdiyi seminar və təlimlərin onlar üçün olan əhəmiyyətindən danışıb, tələbələr və gənc müəllimlərin  sertifikat proqramlarında aktivlik göstərməsini yüksək qiymətləndirib. 

Sonda universitetin rektoru G.Məmmədova, Strateji inkişaf üzrə prorektor Ü.Səttarova,  Tikinti-iqtisad fakültəsinin dekanı Rahad Qəribov,  Xidmət sahələrinin iqtisadiyyatı və menecment kafedrasının müdiri M.Məmmədov, İqtisadi nəzəriyyə və marketinq kafedrasının müdiri Asəf Ağayev, Sənayenin təşkili və idarə edilməsi kafedrasının müdiri Ruhəngiz Əliyeva, Mərkəzi Bankın əməkdaşı Rövşən Qəniyev  tərəfindən yuxarıda adı çəkilən qurumların təşkil etdiyi seminar və təlimlərində müvəffəqiyyətlə  iştirak  edən tələbə və gənc müəllimlərə sertifikatlar təqdim ediblər. 

Qeyd edək ki, “Maliyyə savadlılığı” layihəsi çərçivəsində Mərkəzi Bankın   ötən ilin 25-26 oktyabr “Gənclər üçün maliyyə savadlılığı”,  26 oktyabr-21 və 27 noyabr “Peşəkarların maliyyə savadlılığı”  adlı seminarları,  Maliyyə Bazarlarına Nəzarət Palatasının təlim və maarifləndirmə mərkəzi  tərəfindən isə 25 dekabr tarixində “Kapital bazarlarında maliyyələşmə, investisiyalar və listinq” mövzusunda təlim keçirilib.