XƏBƏRLƏR

11.01.2019 12:34
Deputat məcburi köçkün məktəbinə xeyli sayda kitab bağışladı - FOTOLAR

“Millət vəkili Mahir Abbaszadə laçınlı məcburi köçkünlərin məskunlaşdığı Ağcabədi Rayon Taxtakörpü qəsəbəsindəki köçkün şagirdlərə fərqli mövzuları əhatə edən, çox sayda elmi və bədii ədəbiyyat nümunələri hədiyyə edib.

Məktəbimizin bütün şagird və müəllim heyəti bu ədəbiyyatlardan yararlansın deyə, kitabları məktəbimizin kitabxanasına yerləşdirdik”.

Bu sözləri AzEdu.az-a açıqlaması zamanı Laçın Rayon Taxtakörpü qəsəbə məktəbinin ingilis dili müəllimi Şəbnəm Cəbrayıl deyib. O, dünyagörüşünün formalaşmasında bədii ədəbiyyatın rolundan danışıb:

“İnsan Fizika, Riyaziyyat, İngilis dili və ya başqa  fənni dərindən öyrənə və hər hansı  ixtisas üzrə yaxşı mütəxəssis ola bilər. Amma həyata baxışın dəyişməsində bədii ədəbiyyatın rolu olduqca əhəmiyyətlidir. Davamlı mütaliə, həm insanın intellektual səviyyəsini, nitq qabiliyyətini artırır, həm də dünyagörüşünü zənginləşdirir”.

Şəbnəm Cəbrayıl deputat Mahir Abbaszadəyə bu addımına görə təşəkkürünü bildirib:

“Laçın rayonunun millət vəkili Mahir Abbaszadə Laçınlı məcburi köçkünlərin məskunlaşdığı Ağcabədi Rayon Taxtakörpü qəsəbəsindəki köçkün şagirdlərə fərqli mövzuları əhatə edən, çox sayda elmi və bədii ədəbiyyat nümunələri hədiyyə edib.

Məktəbimizin bütün şagird və müəllim heyəti bu ədəbiyyatlardan yararlansın deyə, kitabları məktəbimizin kitabxanasında yerləşdirdik. Hörmətli millət vəkilimizə,həm şagirdlərim, həm də öz adımdan dərin təşəkkürümüzü bildiririk”.

Nəzrin Rüstəmova Müəllifin digər yazıları

İlin gənc müəllimi-Müraciət formu