Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-01-11 12:05:00
Azərbaycanlıların  Tükiyə universitetlərinə qəbulu zamanı DİM nəticələri nəzərə alınacaq - RƏSMİ  

“Azərbaycanlı tələbələrin Tükiyə universitetlərinə qəbulu zamanı Dövlət İmtahan Mərkəzinin nəticələrini də nəzərə alınacaq. Bu qərar 2019-cu ildən tətbiq olunacaq”.

AzEdu.az xəbər verir ki, bu sözləri Təhsil Tv-ə açıqlaması zamanı   Azərbaycandakı səfirliyinin müşaviri Mahmut Ağırman deyib. Onun sözlərinə görə, Türkiyədə təhsil adıyla bağlı vətəndaşların aldadılması hallarına tez-tez rast gəlinir:

“Bəzi şirkətlər valideynləri aldadırlar. Maşınını, hətta böyrəyini satan valideynlər bizə müraciət edirlər. Təhsil şirkətləri bu mövzuda çox diqqətli olmalıdırlar.

Azərbaycanda 52 universitet var. Biz azərbaycanlıların Türkiyədə təhsil almasından məmnunluq  duyuruq. Ancaq tələbələr buradakı ali məktəblərdə də təhsillərini davam etdirə bilərlər”.

Mahmut Ağırman Türkiyədə yeni qəbul olunan qayda barədə də danışıb:

“Tükiyə universitetlərinə qəbulda Dövlət İmtahan Mərkəzinin nəticələrini də nəzərə alınacaq. Bu qərar 2019-cu ildən tətbiq olunacaq. Bununla yanaşı, YÖS imtahanları da var ki, tələbələrə Türkiyədə təhsil almaq üçün bu imtahanı verməyi tövsiyə edərdim”

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları