XƏBƏRLƏR

11.01.2019 11:38
Hökumətlərarası sazişlərə əsasən 535 azərbaycanlı tələbə xaricdə təhsil alır

Hazırda ümumilikdə 535 azərbaycanlı tələbə ayrı-ayrı ölkələrlə imzalanmış hökumətlərarası sazişlərə əsasən təhsil alır.

Təhsil Nazirliyindən  AzEdu.az-a bildiriblər ki, ötən ildə “Maarifçi” Tələbə Kredit Fondu universitetlər tərəfindən təqdim olunmuş yerlərin sayına əsasən, seçim meyarlarına uyğun gələn 48 tələbə ilə təhsil krediti müqaviləsi imzalayıb.

Qeyd edək ki, 2018-2019-cu tədris ilində Azərbaycanda ali təhsilin bütün səviyyələri üzrə 86 ölkədən altı mindən çox əcnəbi tələbə təhsil alır.

İlin gənc müəllimi-Müraciət formu